Bakı polisi paytaxtda törədilən cinayətlərlə bağlı məlumat yaydı

Bakı polisi paytaxtda törədilən cinayətlərlə bağlı məlumat yaydı
12:03 14 Oktyabr 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Bakı şəhər Baş Polis İdarəsi istirahət günlərində paytaxtda törədilmiş bir sıra cinayətlərlə bağlı məlumat yayıb.

Publika.az İdarəyə istinadən xəbər verir ki, son günlərdə paytaxtda ictimai təhlükəli əməllər törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Belə ki, Bakı Şəhər BPİ və Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini R.Qurbanlının mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Qazax rayon sakini S.Vəlizadə saxlanılıb.

  • Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın oktyabrın 12-də saat 22 radələrində “28 May” küçəsində naməlum şəxsin onun mobil telefonunu, boyunbağısını, üzük və 1 cüt qızıl sırğasını taladığını bildirib. 22-ci Polis Şöbəsi və Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ç.Mahmudov qısa müddətdə müəyyən edilərək saxlanılıb.
  • Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 13-də Biləcəri qəsəbəsi ərazisindəki evlərin birində usta işləyən Abşeron rayon sakinləri E.İsmayılovun və 2 qardaşının ciblərindən 200 manat oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini R.Məmmədov saxlanılıb.
  • Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində P.Bəşirova məxsus “VAZ-2101”, E.Mustafayevə məxsus “VAZ-21011” markalı avtomobilləri qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Ağayev və bir yeniyetmə tutulub.
  • Nəsimi RPİ 20-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş A.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 35 qramdan artıq heroin və 68 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/293012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR