"Dua edirdim ki, qol qeydə alınmasın" - Dominik Şoboşlay

"Dua edirdim ki, qol qeydə alınmasın" - Dominik Şoboşlay
12:05 14 Oktyabr 2019
126 İdman
Ölkə mətbuatı
A- A+

Ən yaxşı oyunumuzu göstərə bilmədik. Baş məşqçinin tapşırıqlarına daha düzgün riayət etməli idik.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bunu Macarıstan yığmasının yarımmüdafiəçisi Dominik Şoboşlay deyib.

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisini qəbul edən macarlar 1:0 hesablı qələbə qazanaraq, final mərhələsinə vəsiqə şansını davam etdirib.

O, millimizin sayılmayan təmiz qoluna da münasibət bildirib: "Hesabı açdıqdan sonra da qol imkanlarımız oldu. Yüksək tempi qorusaq da, qol yollarında istənilən səviyyədə oynamadıq. Azərbaycanın sayılmayan qolunu dəqiq görə bilmədim. Çünki həmin vaxt əvəzlənmişdim, matça kənardan baxırdım. Dua edirdim ki, hansısa səbəbdən qol qeydə alınmasın. Ancaq etiraf edim ki, heç nə görməmişdim".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/794014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR