Nazir müavini: “Barış bulağı” əməliyyatı Bakıda Türk Şurasının VII Zirvə Görüşündə müzakirə oluna bilər”

Nazir müavini: “Barış bulağı” əməliyyatı Bakıda Türk Şurasının VII Zirvə Görüşündə müzakirə oluna bilər”
13:07 14 Oktyabr 2019
42 Digər
Ölkə mətbuatı
A- A+

“Türkiyənin Suriyada keçirdiyi “Barış bulağı” əməliyyatı sabah Bakıda dövlət başçılarının iştirakı ilə keçirilən Türk Şurasının VII Zirvə Görüşündə müzakirə oluna bilər”.
“Report”un xəbərinə görə, bunu Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov deyib.
Nazir müavini bildirib ki, bu məsələ bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirə olunmayıb.
R.Həsənov xatırladıb ki, Azərbaycan Türkiyənin Suriyada “Barış bulağı” ilə bağlı mövqeyini bəyan edib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/nazir-muavini-baris-bulagi-emeliyyati-bakida-turk-surasinda

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR