Azərbaycan XİN rəhbəri Macarıstanın Xarici İşlər və Ticarət naziri ilə görüşüb (FOTO)

Azərbaycan XİN rəhbəri Macarıstanın Xarici İşlər və Ticarət naziri ilə görüşüb (FOTO)
13:08 14 Oktyabr 2019
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirlərinin Bakıda keçirilən 7-ci iclası çərçivəsində Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Syarto ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən məmnunluq ifadə edərək, iqtisadi və ticarət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini vurğulayıblar.

Macarıstanın Türk Şurasında müşahidəçi statusunun və bu yaxınlarda TDƏŞ-in Budapeştdə Nümayəndəliyinin açılmasının Macarıstanla türkdilli ölkələr arasında mövcud bağların daha da möhkəmləndirilməsinə xidmət edəcəyi qeyd olunub.

Sonra Elmar Məmmədyarov Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların cari vəziyyəti ilə bağlı həmkarının suallarını cavablandırıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər, xüsusilə də Suriya münaqişəsi ətrafında fikir mübadiləsi aparıblar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3132816.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR