Bakıda Rusiyanın tanınmış pianoçusu çıxış edib

Oktyabrın 13-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Rusiyanın Xalq artisti, tanınmış pianoçu, Moskva Dövlət Filarmoniyasının solisti Nikolay Luqanskinin iştirakı ilə konsert olub.

Metbuat.az xəbər verir ki, konsert Azərbaycan və Rusiyanın Mədəniyyət nazirliklərinin dəstəyi ilə təşkil edilib.

Nikolay Luqanskinin və Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Sergey Prokofyevin 2 nömrəli fortepiano üçün konserti və İohannes Bramsın 1 nömrəli simfoniyası səsləndirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR