Avropa Birliyində Türkiyə müzakirə ediləcək -

Avropa Birliyi Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti təmsilçisi Federika Moqerini Lüksemburqda keçiriləcək Avropa Birliyi Xarici Əlaqələr iclasında mətbuata açıqlamalar verib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Moqerini verdiyi açıqlamada bildirib:

"Üzv ölkələrin xarici işlər nazirləri Türkiyənin Suriyadakı hərbi fəaliyyətlərini və Aralıq dənizindəki qazma işlərini müzakirə edəcəklər".

Həmçinin o bildirib ki, 17-18 oktyabrda keçiriləcək Avropa Birliyi Liderlər Zirvəsində də bu 2 mövzu gündəmə gətiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR