Elmar Məmmədyarov qazaxıstanlı həmkarı ilə görüşüb (FOTO)

Elmar Məmmədyarov qazaxıstanlı həmkarı ilə görüşüb (FOTO)
13:29 14 Oktyabr 2019
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər nazirləri Şurasının Bakıda keçirilən 7-ci iclası çərçivəsində Qazaxıstan Xarici İşlər naziri Muxtar Tleuberdi ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, nazirlər Azərbaycan və Qazaxıstan arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə fikir mübadiləsi aparıblar. İkitərəfli münasibətlərin yüksək səviyyədə inkişafını qeyd etdilər. Həmçinin ticarətin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşün yekununda Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Qazaxıstanın Daxili İşlər naziri Yerlan Turqumbayev “2 oktyabr 2009-cu il tarixində Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Hökuməti arasında, vətəndaşların qarşılıqlı vizasız gediş-gəliş haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol”u imzalayıblar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3132812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR