Səməd Seyidov: Prezident İlham Əliyev ümumbəşəri dəyərləri Azərbaycanda aparılan siyasətlə uyğunlaşdırdı

Səməd Seyidov: Prezident İlham Əliyev ümumbəşəri dəyərləri Azərbaycanda aparılan siyasətlə uyğunlaşdırdı
13:43 14 Oktyabr 2019
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubunun forumu və Aşqabadda zirvə toplantısında etdiyi çıxışlar beynəlxalq münasibətlər tarixində milli maraqları qorumaq mövqeyi baxımından qızıl hərflərlə yazılacaq bir çıxışdır.

Trend-in məlumatıma görə, bunu "Qarabağ Azərbaycandır!" mövzusunda konfransda çıxışında Milli Məclisin komitə sədri deputatı Səməd Seyidov deyib.

S.Seyidov vurğulayıb ki, bu gün dünyada çox çətin, mürəkkəb, ədalətsiz beynəlxalq mühit mövcuddur: “Xalqları xaosa sürükləmək niyyətində olan qüvvələr çox güclüdür. Heç də hər bir xalq bu qüvvələrə qarşı mübariz olub, sinə gərmək iqtidarında olmur. Biz də bu mübarizənin içindəyik. Böhtan, yalan, torpaqlarımızın işğal edən işğalçı qüvvələrə qarşı mübarizədəyik. Bu mübarizəni dövlət başçısı hər iki toplantıda həm bizə, həm dünyaya, həm də ermənilərə göstərdi. Mən də Prezidentin çıxışından 3 əsas məqama toxunacağam. Birincisi, Prezidentin şəxsi keyfiyyətidir. Hesab edirəm ki, Azərbaycanın milli maraqlarının qorunması istiqamətində ən güclü silahlarımızdan biri Prezidentin şəxsi keyfiyyətləridir. İkincisi, bütün ekspertlər dövlət başçısının çıxışını təhlil edərkən çox vacib bir məqama toxunublar. Prezident İlham Əliyev ümumbəşəri dəyərləri Azərbaycanda aparılan siyasətlə uyğunlaşdırdı. Üçüncü məsələ isə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair erməni təbliğatını ifşa etmək və onu darmadağın etməkdir. Dövlət başçısı çıxışında qeyd edir ki, Azərbaycanda olan humanitar məsələlər, insansevərlik dünyada gedən proseslərə uyğundursa, deməli Dağlıq Qarabağ siyasətimiz də düzdür, deməli Paşinyanın nöqtə qoymaq istədiyi əslində ləkədir və bu ləkə də Qarabağdan silinməlidir!"

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3132858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR