İstanbulda yenə zəlzələ oldu, əhali təşviş keçirdi

İstanbulda yenə zəlzələ oldu, əhali təşviş keçirdi
13:55 14 Oktyabr 2019
119 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda bu gün yenə zəlzələ baş verib.

Trend-in məlumatına görə, təkanlar 3,1 bal gücündə olub.

Zəlzələ şəhərin Silivri rayonunda qeydə alınıb. Məlumata görə, təkan böyük olmasa da, əhali təşviş keçirib, insanlar evlərini tərk edərək küçələrə çıxıblar.

Zəlzələ nəticəsində dağıntı və ya insan tələfatı olmayıb.

Qeyd edək ki, sentyabrın 26-da İstanbulda 5,8 bal gücündə zəlzələ olmuşdu. Təbii fəlakət nəticəsində 473 binaya ziyan dəymişdi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3132863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR