Bakıda qadın həbsxanadakı ərinə görün nə gətirdi - FOTO

Bakıda qadın həbsxanadakı ərinə görün nə gətirdi - FOTO
14:03 14 Oktyabr 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda həbsdə olan ərinə narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb.

Publika.az Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Belə ki, Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Babayev Taleh Taleh oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı Ağdam şəhər sakini Babayeva Jalə Vəli qızının üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman əl çantasının içərisində gizlədilən 1 ədəd bükülüdə 0,048 qram psixotrop maddə “metamfetamin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/293032.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR