İstanbulda yenə zəlzələ oldu - Əhali təşviş içində

İstanbulda yenə zəlzələ oldu - Əhali təşviş içində
14:05 14 Oktyabr 2019
37 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulda bu gün yenə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, təkanlar 3,1 bal gücündə olub.

Zəlzələ şəhərin Silivri rayonunda qeydə alınıb. Məlumata görə, təkan böyük olmsa da, əhali təşviş keçirib, insanlar evlərini tərk edərək küçələrə çıxıblar.

Zəlzələ nəticəsində dağıntı və ya insan tələfatı olmayıb.

Qeyd edək ki, sentyabrın 26-da İstanbulda 5,8 bal gücündə zəlzələ olmuşdu. Təbii fəlakət nəticəsində 473 binaya ziyan dəymişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/794122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR