Qələmin baş hissəsini udan körpə son anda xilas edildi

Qələmin baş hissəsini udan körpə son anda xilas edildi
17:12 14 Oktyabr 2019
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda boğazında qələmin baş hissəsi qalan yaş yarımlıq körpə son anda xilas olunub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Uşaq Cərrahiyyəsi ve Urologiyası Uzmanı Fuad Hüseynov soail şəbəkədə paylaşıb.

"Qafqazinfo" xəbər verir ki, uşaq evdə oynayarkən onda anidən boğulmağa, qaralmağa halları baş verib: 

"Ailəsi təcili ən yaxınlıqdakı xəstəxanaya çatdırıb, müdaxilə edə biləcək mütəxəssisləri olmadığı üçün yardım göstərə bilməyiblər.

Klinikaya gələndə ciddi tənginəfəslik, boğulma, hətta göz ətraflarında qansızma mövcud idi.

Təcili birbaşa əməliyyatxanaya alındı və nəfəs borusunda qələmin baş hissəsi qaldığı məlum oldu.

İşıqlı alətlə nəfəs borusuna girilərək yad cisim çıxarıldı. Hazırda evindədir.

Bəli, bu uşağın həyatını xilas etmək mümkün oldu, amma hər uşaq bu qədər şanslı olmaya bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/794141.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR