FAO Azərbaycanda arıçılığın inkişafına əlavə dəstək vermək istəyir

FAO Azərbaycanda arıçılığın inkişafına əlavə dəstək vermək istəyir
17:37 14 Oktyabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda arıçılığın inkişaf etdirilməsi ilə bağlı dövlət qurumlarına kömək etməyə hazırdır". 
Bunu "Report"a açıqlamasında FAO-nin Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak deyib. 
O, bu barədə təmsil etdiyi qurumun Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirdiyi, "Qafqaz arı cinsi"nin artırılması ilə bağlı layihəni şərh edərkən deyib.
"Biz Qafqaz arı cinsinin süni mayalandırılması ilə bağlı texniki imkanları yaxşılaşdırdıq, həmçinin Azərbaycan Arıçılar Assosiasiyasını qurduq, hazırda Assosiasiya bu işlərlə məşğuldur. Amma arıçıların vəziyyətini yaxşılaşdırmaq üçün əlavə addımlar da atılmalıdır. FAO hökumətin, müvafiq nazirliklərin tələbləri çərçivəsində iş görür. Onlar bizdən daha çox texniki yardım istəsə, təbii ki, biz onu təmin etməyə hazırıq”.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/fao-azerbaycanda-ariciligin-inkisafina-elave-destek-vermek-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR