Əməkdar artist: "Ərim həmişə deyir ki, Manana..." - FOTO

Əməkdar artist: "Ərim həmişə deyir ki, Manana..." - FOTO
15:42 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

"Qızım Gürcüstanda konsertlərdə iştirak edir. Gürcü dilində gözəl oxuyur"
Bu sözləri axşam.az-a açıqlamasında əməkdar artist Manana deyib. O, qızı Elizabetin Azərbaycan dilində sərbəst danışa bilməməsindən şikayətlənib:

"Evdə Azərbaycan dilində mahnılar oxuyur, amma istəyirəm tam öyrənsin. Gürcüstanda musiqi müəllimlərim onunla məşğul olurlar. Onlara güvənirəm. Bilirəm ki, Elizabetə pis yol göstərməzlər. Ora gedən kimi gəlib aparırlar, verilişlərə çıxarırlar. Hətta Yeni il ərəfəsində Gürcüstan Filarmoniyasında beş konsertdə çıxış edib. Mənimlə duet də oxuyub. Qızım Bakıya gələndə istirahət edir".

Xoşbəxt olduğunu deyən müğənni həyat yoldaşının onun və qızının oxumasına qarşı çıxmadığını bildirib:

"Biz o qədər xoşbəxt yaşayırıq ki... Həyat yoldaşım heç vaxt sənətimə qarışmır. Həmişə deyir ki, Manana, necə istəyirsən, elə də olsun. İndi qızım müğənniliyə həvəs göstərir. Amma böyüyəndə bəlkə başqa sənəti seçdi, idmançı oldu. Çox gözəl tennis oynayır”.

Qeyd edək ki, Manana Georgi adlı gürcü vətəndaşı ilə ailə qurub.

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR