"İlham Əliyevin çıxışından sonra..." - Politoloqdan Paşinyanı ifaş edən AÇIQLAMA

"İlham Əliyevin çıxışından sonra..." - Politoloqdan Paşinyanı ifaş edən AÇIQLAMA
18:08 14 Oktyabr 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

“Ermənistanda faşizmə meyillilik çox güclüdür. Bunu vaxtilə faşistlərlə əməkdaşlıq edən erməniyə heykəl qoyulması da sübut edir”.

Bunu Publika.az-a açıqlamasında politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib.

Politoloq bildirib ki, Ermənistanın Respublikaçılar Partiyasının gerbində faşizm simvolunun əksinin tapılması bu fakta nöqtə qoyur: “Ermənilər birdəfəlik etiraf etsinlər ki, faşizm ideologiyasına xidmət edirlər. Bunu, hər halda, dünya birliyi də görməlidir. İş orasındadır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Aşqabadda dövlət başçımız tərəfindən ifşa olundu. Tutarlı faktlar və arqumentlərlə öz çıxışında sübut etdi ki, Ermənistan faşizm ideologiyasının tərəfdarıdır. Onlar cinayətkara İrəvanın mərkəzində heykəl qoyublar. Bütün bunlar azmış kimi, Paşinyan II Dünya Müharibəsi ilə bağlı müraciət imzalayır. Bu da ikiüzlülüyün bariz nümunəsidir. Dağlıq Qarabağın işğalı da elə faşizmə yaxın hərəkətdir. İlham Əliyevin Aşqabadda çıxışından sonra bir çoxları Ermənistan və onun siyasəti haqqında fikirləşib nəticə çıxarmalıdır”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/293056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR