Keçmiş məhkumdan gecəyarısı qadına qarşı iyrənc əməl - TƏFƏRRÜAT

Keçmiş məhkumdan gecəyarısı qadına qarşı iyrənc əməl - TƏFƏRRÜAT
20:32 14 Oktyabr 2019
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, 22-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın oktyabrın 12-də, saat 22 radələrində "28 May" küçəsində naməlum şəxsin onun mobil telefonunu, boyunbağısını, üzük və 1 cüt qızıl sırğasını aldığını bildirib.

22-ci polis şöbəsi və Səbail rayon Polis İdarsinin 39-cu polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ç.Mahmudov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/794199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR