Qaxda 7 avtomobil toqquşdu - FOTO

Qaxda 7 avtomobil toqquşdu - FOTO
20:48 14 Oktyabr 2019
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Qax rayonunda zəncirvari yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Süskənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 5 minik avtomobili və 2 yük maşını toqquşub. Qəza zamanı yük avtomobillərindən birinin sürücüsü, 31 yaşlı Ceyhun Xanəli oğlu Zeynalov xəsarət alıb. Yaralı xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır (Report).


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/293074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR