Polşa Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb

Polşa Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
20:50 14 Oktyabr 2019
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Polşa Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb. Şuranın təsis toplantısında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Komitənin nümayəndə heyəti iştirak edib.

Komitədən Trend-ə verilən məlumata görə, toplantı Azərbaycanın Dövlət himninin səsləndirilməsilə başlayıb.

Giriş sözü ilə çıxış edən Komitə sədri azərbaycanlı icmalarındakı mövcud durum barədə ətraflı məlumat verib. O, Azərbaycan və Polşa arasında strateji tərəfdaşlıq münasibətlərindən, son dövrdə həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərdən, təhsil sahəsində mübadilə proqramlarından, Polşanın müxtəlif universitetlərində azərbaycanlı tələbələrin sayının artmasından danışıb. Dövlət Komitəsinə rəhbər təyin edilərkən Prezident İlham Əliyevin onun qarşısında xüsusi tapşırıqlar qoyduğunu xatırladan F.Muradov bildirib ki, bunlardan ən əsası dünyadakı azərbaycanlı icmaları ilə görüşmək, onların problemləri ilə yaxından tanış olmaq və dövlətin hər zaman soydaşlarımızın yanında olduğu ismarıcını çatdıqmaqdır.

Polşada yaşayan azərbaycanlılara Diasporla İş üzrə Dövlət Komitəsinin mümkün olan hər cür dəstək göstərməyə hazır olduğunu vurğulayan Komitə sədri soydaşlarımızın, o cümlədən toplantı iştirakçılarının bu ölkədə hansı çətinliklərlə üzləşdikləri ilə maraqlanıb.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Polşada yaşayan soydaşlarımızın təşkilatlanması, cəmiyyətə daha yaxşı inteqrasiya olunmaları və s. ilə bağlı fikirlərini bölüşüb və tövsiyələrini verib.

Toplantı iştirakçıları çıxış edərək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Tədbirdə azərbaycanlıların Koordinasiya Şurasının yaradılması təklifi səsləndirilib.

Sonda Polşa Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb. Səsvermə əsasında Xəlil Həsənov, Lalə Zeynalova və Rəsul Məmmədov Şuranın koordinatorları seçiliblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3133159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR