Mövlud Çavuşoğlu: Dünya Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi mövzusunda səssizdir

Mövlud Çavuşoğlu: Dünya Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi mövzusunda səssizdir
21:32 14 Oktyabr 2019
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Türkiyənin olmadığı yerdə Azərbaycan Türkiyəni müdafiə edər, Azərbaycanın olmadığı yerdə Türkiyə Azərbaycanı müdafiə edər. Bu, bizim borcumuzdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda "Qlobal medianın inkişaf trendləri: risklər və imkanlar" beynəlxalq media konfransında çıxışı zaman deyib.

Nazir qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi mövzusunda dünya səssizdir, Azərbaycana qarşı ikili standartlar mövcuddur: "Azərbaycanın bu haqlı mübarizəsində Azərbaycanı tək buraxmamalıyıq. Biz birgə çalışmalıyıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/794242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR