İtalyanlar cavanlığın sirrini açdı: Buna diqqət edin

İtalyanlar cavanlığın sirrini açdı: Buna diqqət edin
21:37 14 Oktyabr 2019
110 Ölkə
Ölkə mətbuatı
A- A+

İtalyan ekspertlərin fikrincə, insanın cavan qalmasında əsas rolu qida faktoru oynayır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Lekko Notizie" jurnalı yazıb.

Jurnalın bildirdiyinə görə, İtaliya uzunömürlülərin sayına görə dünyada lider ölkələrdən biridir. Bu ölkədə kişilər orta hesabla 81, qadınlar isə 85 il ömür sürür. Məlum olub ki, bu ölkənin əhalisi qidanın keyfiyyətinə həssaslıqla yanaşır. Onların qida rasionu zülal, A və C vitaminləri, fol turşusu və antioksidantlarla zəngindir.

Bundan başqa Apennin sakinləri spirtli içkilərdən az istifadə edir, siqaret çəkmir, şirin qazlı su içmir və əsasən yerli ərzaqlardan qida hazırlamağa üstünlük verirlər. Dietoloqlar vaxtından əvvəl qocalmaq istəməyənlərə hər gün ən azı 1,1 qram zülal qəbul etməyi məsləhət görürlər. Bu da əzələ kütləsini kifayət qədər qorumağa imkan verir.

Bundan əlavə, süd məhsulları, həmçinin fol turşusu ilə zəngin olan göyərti və kahı yemək tövsiyə olunur. Onların fikrincə, səhər yeməyi təxirə salınmamalıdır. Səhər qırmızı qreyfrutdan sıxılmış suyu içmək və bir ovuc qoz-fındıq yemək lazımdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/793996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR