Həyatin və ölümün dərsləri

15:43 16 Yanvar 2015
89 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, Zərəngiz Mansurova, AzərTAc
Yanvarın 16-da Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş “Həyatın və ölümün dərsləri” mövzusunda tədbir-sərgi keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə iştirakçılar 20 Yanvar faciəsi qurbanlarının şəxsi əşyalarının nümayiş olunduğu “Həyatın və ölümün dərsləri” mövzusunda sərgi ilə tanış olublar.
Muzeyin direktoru Fəridə Şəmsi Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən təşkil olunan tədbirin əhəmiyyətindən danışıb.
Şəhidlərin xatirəsinin hər zaman xalqımızın yaddaşında yaşayacağını vurğulayıb.
Tədbirdə Almaz Binnətova, Salman Murğuzlu və başqaları çıxış edərək milli azadlıq hərəkatının şanlı səhifələrindən biri olan, tariximizin ən qürurverici olayı sayılan 20 Yanvar hadisələrinin başvermə səbəblərindən danışmış, günahkarların hələ də öz layiqli cəzalarını almamasını təəssüf hissi ilə qeyd etmiş və şəhidlərimizin hər zaman böyük ehtiram və hörmətlə anılacaqlarını vurğulamışlar.
Mərasimdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar artist Mahirə Yaqubovanın rejissorluğu ilə hazırlanan 20 Yanvar faciəsinə həsr olunan kompozisiya təqdim olunub.
Həmçinin rejissor Ziya Şıxlinskinin “Bakı-90” adlı sənədli filmi nümayiş etdirilib.
Şəhidlərin ailə üzvlərinin, ziyalıların, tələbələrin, əsgər və zabitlərin qatıldığı tədbirdə şəhidlərimizə həsr edilmiş ədəbi-bədii kompozisiya göstərilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyatin_ve_olumun_dersleri-825299

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR