Fransa rejissorları Türkiyə millisinin əsgər salamını nümayiş etdirməyiblər

Fransa rejissorları Türkiyə millisinin əsgər salamını nümayiş etdirməyiblər
01:57 15 Oktyabr 2019
153 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə milli komandası Fransa yığmasına AVRO-2020-nin seçmə matçında vurduğu qolu əsgər salamı ilə qeyd edib.
"Report"un məlumatına görə, bu, Parisdəki "Stad de Frans"da keçirilmiş oyunun 82-ci dəqiqəsində baş verib.
Kaan Ayxanın bərabərlik qolundan sonra bütün futbolçular qapı arxasındakı tribunalara tərəf gediblər. Onlar Türkiyə ordusunun "Barış pınarı" əməliyyatına dəstəklərini əsgər salamı ilə göstəriblər. Lakin fransalı rejissorlar bu epizodun televiziya ilə nümayişinə imkan verməyiblər.
Halbuki daha əvvəl Türkiyənin Albaniya ilə matçında vurduğu qoldan sonra futbolçuların əsgər salamı ekranlarda göstərilmişdi.
Qeyd edək ki, Fransa - Türkiyə matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Görüşü 30 minədək türk azarkeş izləyib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/fransa-rejissorlari-turkiye-millisinin-esger-salamini-numayis-etdirme

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR