"Instagram"da nasazlıq yaranıb

"Instagram"da nasazlıq yaranıb
04:12 15 Oktyabr 2019
130 Digər
Ölkə mətbuatı
A- A+

Bir sıra ölkələrdə "Instagram" sosial şəbəkəsinin istifadəçiləri xidmətin işində nasazlıqlardan şikayət edirlər.
"Report" xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətindəki nasazlıqları izləyən "Downdetector" saytı məlumat yayıb.
Qeyd edilir ki, problemlər barədə ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Norveç, Danimarka və başqa ölkələrdən olan sosial şəbəkə istifadəçiləri bildiriblər. Problemlərdən barədə həmçinin Rusiya sakinləri, əsasən Moskva və Sankt-Peterburqdan olan istifadəçilər gileyləniblər.
"Downdetector"un məlumatına görə, istifadəçilərin əksəriyyəti (61%) xəbər lentindəki problemlərdən şikayət edirlər. Sosial şəbəkədən istifadə edənlərin daha 24%-i statusların yerləşdirilməsi problemləri ilə üzləşiblər. Daha 14% istifadəçi vebsaytlarla bağlı problemlərdən gileylənir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/instagram-da-nasazliq-yaranib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR