Nərgiz Paşayeva və həyat yoldaşı sərgidə - fotolar

Nərgiz Paşayeva və həyat yoldaşı sərgidə -  fotolar
15:46 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Müasir İncəsənət Muzeyində əməkdar rəssam Müseyib Əmirovun "Bax" adlı incəsənət layihəsi çərçivəsində fərdi sərgisi açılıb.

Axşam.az-ın məlumatına görə, açılış mərasimində Müasir İncəsənət Muzeyinin icraçı direktoru Xəyyam Abdinov, layihənin kuratoru Çingiz əməkdar rəssamın yaradıcılığından danışıblar.

Sərgidə professor Nərgiz Paşayeva və həyat yoldaşı, rəssam Altay Sadıqzadə də iştirak edib. 

Bildirilib ki, Müseyib Əmirovun "Həyatın gözünün içinə bax!" vizual çağırışı onun yaradıcılığının tamamilə yeni mərhələsində yaranmış və dünyada baş verən distruktiv proseslərə münasibətdə hökm sürən laqeydliyə qarşı yönələn tənqidi baxış növüdür. Rəssam tablolarında müasir dövrün düşüncə tərzini qrotesk formasında, rəsm əsərlərini dolduran, stilizə edilmiş obrazlar şəklində sənədləşdirir.

Sərgidə rəssamın 13 rəngkarlıq və 20-dək qrafik əsəri nümayiş olunur. Müseyib Əmirovun Müasir İncəsənət Muzeyində fərdi sərgisi fevralın 10-dək davam edəcək.

Mənbə: buro247.az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR