İclas qeydlərini rəqəmsallaşdıran startup

İclas qeydlərini rəqəmsallaşdıran startup
08:05 15 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

İş həyatında analoq və ənənəvi metodlar yerini rəqəmsal metodlarla dəyişir. Hətta rəqəmsalın yalnız işdə deyil, həyatımızın hər sahəsində ciddi bir yer qazanmağa başladığını qeyd etsək yanılmarıq. İnsana vaxtına qənaət etməyə və işlərini asanlaşdırmağa kömək edən rəqəmsal həllər işlərin daha mütəşəkkil olmasına və işə gəldikdə insanın üzərindəki yükü rahatlaşdırmağa kömək edir.

Milli.Az techland.az-a istinadən bildirir ki, iclasları özünə fokus mövzusu seçən Hugo adlı startup qeydlərin toplanmasına, siyahıya alınmasına və müvafiq işçilərə çatdırılmasına kömək edir. Əslində Hugo yalnız "iclas qeydləri" tətbiqi deyil. İstifadəçinin bütün iş tətbiqlərini bir araya gətirir və inteqrasiya olunmuş şəkildə işləmələrinə kömək edir.

Əvvəldən qeyd etmək lazımdır ki, Hugo platformasının mobil tətbiqi yoxdur ancaq veb istifadəsi üçün uyğundur. Platformanın istifadəsi həqiqətən sadədir. Əvvəlcə Hugonun veb saytına girib "Start for free" düyməsinə basırsınız. Sonra işdə istifadə etdiyiniz e-poçt adresi ilə sistemə daxil olursuz, parol təyin etməyinizə ehtiyac yoxdur. Görüşlərinizin hansı növ olmasını seçirsiniz və profilinizi fərdiləşdirirsiniz və Google və ya Microsoft təqviminizdən istifadə etməyinizi seçməlisiniz. Bütün bu proseslərdən sonra sizin üçün xüsusi bir panel yaradılır və mövcud iclaslarınızı görə bilərsiniz və istədiyiniz kimi iclaslar əlavə edə bilərsiniz.

İclasa daxil olub qeydlər əlavə etməyə başlayanda isə Hugo, bu qeydləri açar sözlərlə təsnif edir və göndərmək istədiyiniz müvafiq şöbəyə göndərir.

40-a qədər istifadəçi üçün Hugo-dan pulsuz istifadə edə bilərsiniz. Bununla birlikdə 100 istifadəçidən çox olan Pro paketinin ayda 399 dollar ödəməsi gözlənilir. Bundan əlavə, Pro paketi olanlar təkmilləşdirilmiş xüsusiyyətlərdən faydalana bilərlər

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/793707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR