.

Çinlilər yalnız sifətin skan edilməsindən sonra mobil internetə daxil ola biləcəklər

Çinlilər yalnız sifətin skan edilməsindən sonra mobil internetə daxil ola biləcəklər
08:12 15 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Çin hökuməti internet üzərində nəzarəti gücləndirir. Dekabrın 1-dən etibarən mobil telefon nömrəsi əldə etmək üçün ərizə verən istifadəçilər telekommunikasiya şirkətləri tərəfindən sifətin skan edilməsi prosedurundan keçməli olacaqlar.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni tədbirlərin rəsmi məqsədi kiberməkanda fırıldaqçılıq və başqa cinayətlərlə mübarizə aparmaqdır. Ancaq ekspertlər Çin rəhbərlərinin 850 milyondan çox mobil internet istifadəçisi üzərində nəzarəti daha da gücləndirməyi planlaşdırdığını istisna etmirlər.
 
Əksər ölkələrdə mobil rabitə xidmətlərinin göstərilməsi üçün müqavilə imzalanarkən pasport və ya digər şəxsiyyət vəsiqəsi lazımdır. Çində bu cür qaydalar 2013-cü ildən qüvvədədir.
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/793701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR