Dünya şöhrətli müğənni evində ölü tapıldı – FOTO

Dünya şöhrətli müğənni evində ölü tapıldı – FOTO
10:28 15 Oktyabr 2019
68 Şou
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyada f (x) qrupunun keçmiş üzvü Sulli Seonqnamdaki iqamətgahında ölü tapılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, əsl adı Çoi Jin-ri olan 25 yaşlı Sullinin intihar etdiyi iddiası irəli sürülüb.

Yonhap xəbər agentliyinin bildirdiyinə görə, polis intihar faktının olmadığını, amma ortada başqa bir cinayət dəlili tapılmadığı üçün hələlik bu ehtimal üzərində dayandıqlarını bildirib.

Mənbələr Sullinin ağır depressiyada olduğunu da vurğulayıb.

Qeyd edək ki, müğənni bir neçə ay əvvəl çıxdığı realiti şouda "Yaxınlarım da məni tək qoydu. İncindim və məni heç kim başa düşmür” , - deyə açıqlama vermişdi.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/293103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı