Millimiz İsveçrəyə qarşı

Millimiz İsveçrəyə qarşı
10:42 15 Oktyabr 2019
127 İdman
Ölkə mətbuatı
A- A+

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv doğma meydanda İsveçrə yığması ilə qarşılaşacaq.

İlk turda Lixtenşteynə uduzan (0:1) millimiz Slovakiya üzərində qələbə qazansa da (2:1), son iki oyunda Gürcüstana 0:3, Fransaya 0:5 uduzub. Cəmi 3 xalı olan komandamız qrup sonuncusudu.

Millimizdən fərqli, qrup lideri olan İsveçrənin 21 yaşlıları bizimlə oyuna qədər cəmi 2 matça çıxıb. Sözügedən komanda Lixtenşteyni səfərdə 5:0, Gürcüstanı isə evdə 2:1 üstələyib.

Bu gün 2-ci qrup çərçivəsində daha bir oyun keçiriləcək. Slovakiya yığması doğma meydanda Fransa ilə üz-üzə gələcək.

AÇ-2021-in seçmə mərhələsi
2-ci qrup
15 oktyabr

20:00. Azərbaycan - İsveçrə
Baş hakim: Novak Simoviç (Serbiya).
Sumqayıt. "Sumqayıt Arena".

İsveçrə - 6, Gürcüstan - 6, Fransa - 3, Slovakiya - 3, Lixtenşteyn - 3, Azərbaycan - 3.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/794317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR