Türkiyədə müalicə olunan Yalçın Rzazadə Bakıya qayıdıb

Türkiyədə müalicə olunan Yalçın Rzazadə Bakıya qayıdıb
11:47 15 Oktyabr 2019
94 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə müalicə olunan Xalq artisti, müğənni Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb.
Bunu "Report"a Y.Rzazadənin oğlu Mətin Rzazadə deyib.
O bildirib ki, Y.Rzazadə artıq Bakıdadır: "Şükür Allaha ki, atamın səhhəti normaldır. Rahat gəzir, yeriyir və qida qəbul eləyir. Həkimlər biraz istirahət etməyi məsləhət görüblər. 10 gündən sonra yenidən müalicələrinin davam etdirilməsi üçün Türkiyəyə qayıdacaq".
Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb. Bu ilin iyul ayında Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb. O, əməliyyat olunub.
Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.


Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/turkiyede-mualice-olunan-yalcin-rzazade-bakiya-qayidib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR