İSİM-in direktoru: "Son 12 ayda intihar haqqında ciddi düşünən qadınların sayı əhəmiyyətli dərəcədə yüksək olub"

İSİM-in direktoru: "Son 12 ayda intihar haqqında ciddi düşünən qadınların sayı əhəmiyyətli dərəcədə yüksək olub"
12:07 15 Oktyabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda 2016-2018-ci illər üzrə aparılan sorğuya görə, uşaqların 1/4-i 2 həftə və daha çox müddətlə özünü kədərli və ümidsiz hiss edirlər".
''Report'' xəbər verir ki, bunu "10 oktyabr Ümumdünya Psixi Sağlamlıq günü"nə həsr olunmuş "Psixi Sağlamlıq: intiharların profilaktikasında tibbi və icma əsaslı yanaşmalar" adlı Elmi Praktik Konfransda İctimai Səhiyyə və İsahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev deyib.
O bildirib ki, mərkəz tərəfindən məktəblilər arasında sorğu keçirilib: "Sorğuya görə, uşaqların təxminən 5 faizi mübahisələrin və zorakılığın şahidi olur. 32 faizi son bir ildə ən azı bir dəfə həmyaşıdları ilə mübahisə yaşayır. 14 faiz respondent ay ərzində internetdən istifadə edərək digər şəxslərlə kobud davranır və alçaldıcı rəftar edir. Buna kiberbullinq deyilir. Tədqiqata görə, uşaqların 8 faizi həyatında intihar etməyi ağlından keçirib. Bu digər ölkələrlə müqayisədə böyük rəqəm olmasa da bizi düşünməyə vadar edir. Ölkəmizdə ÜST-ün dəstəyi və İSİM-in mütəxəssislərinin istiraki ilə aparılan tədqiqatda iştirak edən respondentlərin 2 faizi əvvəlki 12 ay ərzində intihar cəhdini ciddi şəkildə düşünüb. Son 12 ayda intihar haqqında ciddi düşünən qadınların sayı əhəmiyyətli dərəcədə yüksək olub. Şəhərlərdə yaşayanlar üstünlük təşkil edib".
Q.Haqverdiyevin sözlərinə görə , respondentlərin təxminən 10 %-i intihara təşəbbüs göstərib: ''Bu faktlar göstərir ki, psixi saglamlığa qayğı insanın doğulduğu gündən başlamalıdır''.

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/azerbaycanda-2016-2018-ci-iller-uzre-aparilan-sorguya-gore-usaqlari

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR