Anası "PUBG"-ni qadağan etdi, uşaq özünü girov götürdü -

Hindistanda 16 yaşlı bir gəncin ailəsinə dərs vermək üçün etdikləri heyrət doğurub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, "PUBG" mobil oyunundan asılı vəziyyətə düşən gəncin qiymətləri pis olduğu üçün anası telefonunu əlindən alıb. Bundan sonra o evdən qaçıb, yoldan keçən birinin telefonundan evlərinə zəng edib və səsini dəyişərək danışmağa başlayıb. O, ailəsinə oğullarının qaçırıldığını deyib və girovun qaytarılması üçün 50 min dollar pul istəyib.

Bir gün sonra gəncin Maçerlaya bilet aldığı məlum olub, telefonuna bu haqda mesaj gələn gəncin anası polisə müraciət edib. Polis gənci avtobusda tapıb. Gəncin oyundan aslılığının artıq xəstəlik həddinə çatdığı və onun depressiyada olduğu qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR