Azərbaycandan Gürcüstana pul köçürmələri 28% artıb

Azərbaycandan Gürcüstana pul köçürmələri 28% artıb
12:22 15 Oktyabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Ötən ay Azərbaycandan Gürcüstana 2 mln. dollar həcmində pul köçürülüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının yaydığı məlumatda bildirilib.
Azərbaycanın qonşu ölkəyə daxil olan ümumi pul köçürmələrindəki payı 1,34 %-ə bərabər olub.
İllik müqayisədə Azərbaycandan Gürcüstana göndərilən pul vəsaitlərinin həcmi 28% artıb.
Sentyabr ayında Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 149,8 mln. dollar pul daxil olub. Bu həcm ötən ilin analoji göstəricisindən 18,3 mln. dollar və ya 13,9% çoxdur.
Gürcüstandan xarici ölkələrə köçürülən pul kütləsinin həcmi isə 6,5% artaraq 20,5 mln. dollara bərabər olub.   

Xəbərin orijinal ünvanı: https://report.az/region/azerbaycandan-gurcustana-pul-kocurmeleri-28-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR