UNİCEF rəsmisi: Azərbaycanda psixi sağlamlıqla bağlı tədbirlər daha da təkmilləşdirilməlidir

UNİCEF rəsmisi: Azərbaycanda psixi sağlamlıqla bağlı tədbirlər daha da təkmilləşdirilməlidir
12:29 15 Oktyabr 2019
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda psixi sağlamlıqla bağlı tədbirlər daha da təkmilləşdirilməlidir.

Trend-in məlumatına görə, bunu UNİCEF-in Azərbaycan üzrə rəhbəri Edvard Karvardin Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda özü-özünə xəsarət yetirmə hallarının öyrənilməsi, profilaktikası üçün aparılan işlər daha da gücləndirilməli, gənclərin və uşaqların üzləşə biləcəyi risklərin aradan qaldırılması üçün işlər görülməlidir. Bununla yanaşı, psixi sağlamlıqla bağlı problemlərin səbəbləri, onu təhrik edən amillər araşdırılmalıdır. Bunun üçün də gənclər, yeniyetmələr arasında təhlillər aparılmalıdır.

E.Karvardin bildirib ki, sosial media platformaları ətraflı tədqiq edilməlidir. Çünki bir çox hallarda yeniyetmələr real həyatda deyə bilmədiklərini sosial mediada yazırlar. "Bu tədqiqatlar əsasında psixi sağlamlıqla bağlı protokollar hazırlana və təkmilləşdirilə bilər. Hesab edirəm ki, məktəblərdə psixi sağlamlığa dəstək proqramları həyata keçirilə bilər".

UNİCEF rəsmisi qeyd edib ki, dünyada hər il 67 min yeniyetmə özünə xəsarət yetirərək dünyasını dəyişir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3133448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR