EMEA regionunda kompüterlərin tədarükü 3 faiz yüksəlib

EMEA regionunda kompüterlərin tədarükü 3 faiz yüksəlib
12:35 15 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

EMEA regionunda fərdi kompüterlərə tələbat artır. "Gartner" və "IDC" analitiklərinin məlumatı buna sübutdur.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "Gartner"in qiymətləndirməsinə görə, 2019-cu ilin üçüncü rübündə EMEA bazarına masaüstü kompüter və noutbukların tədarükü 19,4 milyon təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur.

 

"IDC" regionda "sabit artım" qeydə alıb, amma konkret göstəricilər açıqlamayıb. Tədqiqatçıların qiymətləndirməsinə görə, həm masaüstü, həm də leptopların tədarükü yüksəlib.

 

"Gartner"in hesabatına əsasən, Qərbi Avropada (Böyük Britaniya istisna olmaqla) korporativ həllərə güclü tələbat saxlanılır.

 

Masaüstü fərdi kompüterlər əvvəlki kimi Avropa şirkətləri arasında məşhur form-faktordur, mobil kompüterlərin tədarükü isə iki rüb ardıcıl azalmadan sonra yenidən yüksəlib.

 

Qlobal fərdi kompüter bazarına gəlincə isə 2019-cu ilin iyul-sentyabrında onun həcmi illik hesablama üzrə 1,1 faiz artaraq 68 milyon təşkil edib. "Gartner" analitiklərinin məlumatında belə deyilir.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-63450-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR