Rusiya parlamentinə Qarabağa qanunsuz səfərlə bağlı sorğu göndərilib

Rusiya parlamentinə Qarabağa qanunsuz səfərlə bağlı sorğu göndərilib
12:57 15 Oktyabr 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası, həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin öz nitqi ilə dövlətlərarası siyasi, iqtisadi, humanitar sahələrdə, parlament səviyyəsində böyük uğurlar qazanmış Rusiya-Azərbaycan münasibətlərinə böyük ziyan vurub”.
Bu barədə “Report”un Rusiya bürosuna Moskva vilayəti azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimov məlumat verib. 
O, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə, xarici işlər naziri Sergey Lavrova Konstantin Zatulinin son açıqlamalarına aydınlıq gətirmək xahişilə məktub göndərildiyini diqqətə çatdırıb. Məktubda K.Zatulinin tədbirə kimin dəvəti ilə gəldiyi, kimi təmsil etdiyi, kimin adından nitq söylədiyi, söylədiyi fikirlərin Rusiya Federasiyasının rəsmi mövqeyini əks etdirib-etdirmədiyi məsələlərinə aydınlıq gətirilməsi istənilir.
Qeyd edək ki, K.Zatulin oktyabrın 11-də qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazisinə səfər edərək Rusiya adından yalançı açıqlamalar verməklə Dağlıq Qarabağdakı qondarma qurumu dəstəkləyib.
Ötən gün Xarici İşlər Nazirliyi bu məsələni şərh edərək rusiyalı deputatın Dağlıq Qarabağa səfərini Azərbaycana qarşı daha bir təxribat kimi dəyərləndirib.
İqbal Rüstəmov


Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/rusiya-parlamentine-qarabaga-qanunsuz-seferle-bagli-sorgu-gonderilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR