Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib

Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
14:12 15 Oktyabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın birinci prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev şuranın adının Türk Ölkələrinin Təşkilatına dəyişdirilməsinə təklif edib.
"Report" xəbər verir ki, bu təklifi N.Nazarbayev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci sammiti zamanı səsləndirib.
“Mənim iki təklifim var. Birincisi “Türk Baxışı 2040” proqramı hazırlansın. İkincisi Türkdilli ölkələr Şurasının adının Türk Ölkələrinin Təşkilatına dəyişdirilməsidir. Hesab edirəm ki, şuranı təşkilat səviyyəsinə qaldırmaq mümkündür. Bununla əlaqədar şuramızı Türk Ölkələrimizin Təşkilatı Adlandira bilərik”.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə təşkilatın üzvləridir. Macarıstan isə müşahidəçidir.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/nursultan-nazarbayev-turk-surasinin-adinin-deyisdirilmesini-ve-turk-baxisi-2040-proqraminin-hazirlanmasini-teklif-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR