İmişlidə ağır qəzada bir nəfər öldü

İmişlidə ağır qəzada bir nəfər öldü
14:22 15 Oktyabr 2019
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İmişli rayonunun Xubyarlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 14-də saat 9 radələrində İmişli rayonunun Xubyarlı kəndi ərazisində şəhər sakini R.Məmmədovun idarə etdiyi “VAZ-2106” və Kürdəmir rayon sakini Y.Dünyamalıyevin idarə etdiyi “Hyundai” markalı yük avtomobilləri toqquşub.

Nəticədə R.Məmmədovun sərnişini, kənd sakini Hafiz Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3133508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR