Azərbaycan və Özbəkistan arasında startaplar, innovasiyalar, yüksək texnologiyalar sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)

Azərbaycan və Özbəkistan arasında startaplar, innovasiyalar, yüksək texnologiyalar sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)
14:29 15 Oktyabr 2019
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə ölkəmizdə səfərdə olan Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Umurzakov Sardor arasında görüş keçirilib.

Nazirlikdən Trend-ə bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş tutan görüşdə iki ölkə arasında telekommunikasiya, informasiya texnologiyaları, startaplar, innovasiyalar, yüksək texnologiyalar sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda, ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3133447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR