Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini təklif etdi

Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini təklif etdi
14:43 15 Oktyabr 2019
54 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın birinci prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev şuranın adının Türk Ölkələrinin Təşkilatına dəyişdirilməsinə təklif edib.

Bu təklifi N.Nazarbayev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci sammiti zamanı səsləndirib.

“Mənim iki təklifim var. Birincisi “Türk Baxışı 2040” proqramı hazırlansın. İkincisi Türkdilli ölkələr Şurasının adının Türk Ölkələrinin Təşkilatına dəyişdirilməsidir. Hesab edirəm ki, şuranı təşkilat səviyyəsinə qaldırmaq mümkündür. Bununla əlaqədar şuramızı Türk Ölkələrimizin Təşkilatı adlandira bilərik”.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə təşkilatın üzvləridir. Macarıstan isə müşahidəçidir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/293137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR