Dubayda polisin gözündən yayınmaq qeyri-mümkündür

15:48 16 Yanvar 2015
86 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Dubay polisi şəhərdə müşahidə kameralarının sayını artırıb. İndi bu kameralar hər bir küçədə yerləşdirilib. Bu barədə Trend “Arabian Business” portalına istinadən xəbər verir.

Kameraların dəqiq sayı barədə məlumat verilmir. Nəşrin yazdığına görə, kameraların sayı 2010-cu illə müqayisədə 25 min artıb.

Polisin nümayəndəsi Nasir İbrahim Kazimin sözlərinə görə, indi kameralar Dubayın hər küncündə, eləcə də yeni yaranan rayonlarda yerləşdirilib. Biz müşahidə kameralarını bütün şəhərdə yerləşdirmişik”.

O, qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin beynəlxalq aeroportunda kameraların sayı iki dəfə - 1,6 mindən 3 minədək artırılıb.

Onun sözlərinə görə, belə təhlükəsizlik tədbirləri xüsusilə cinayətkarların izlənməsi üçün lazımdır.

Bir müddət əvvəl Dubay polisi izləmə kameralarının köməyi ilə 9,5 milyon dollar dəyərində daş-qaş oğurlamış cinayətkarın izinə düşə bilmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2354096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR