Şirvandakı qəzadan sonra Bakıya gətirilən piyadanın kimliyi məlum oldu

Şirvandakı qəzadan sonra Bakıya gətirilən piyadanın kimliyi məlum oldu
14:57 15 Oktyabr 2019
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Şirvandakı qəzadan sonra Bakıya gətirilən piyadanın kimliyi məlum olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, oktyabrın 11-də avtomobillə vurulan piyada Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib.

O, 1956-cı il təvəllüdlü Təhməzov Zahid Nəsir oğludur. Mərkəzdə ilkin yarımdan sonra sürücünün yaxınları xəstəni Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına köçürüblər. Hazırda Üst Çənə şöbəsində müalicə alan şəxsin tüfeyli həyat sürdüyü qeyd olunur.

Xatırladaq ki, vurulan gün komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılan piyada reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra vəziyyəti ağır olduğundan hadisəni törədən şəxsin yaxınları xəstəni Bakıya aparıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/794435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR