Ronaldudan 700-cü qol

Ronaldudan 700-cü qol
15:22 15 Oktyabr 2019
102 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu karyerasının 700-cü qolunu vurub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, Avro-2020-nin seçmə mərhələsində Ukrayna ilə səfər görüşündə (1:2) baş verib. 34 yaşlı hücumçu sözügedən matçda 72-ci dəqiqədə penaltidən fərqlənib.

Ronaldu "Real"da 450, "Mançester Yunayted"də 118, Portuqaliya millisində 95, "Yuventus"da 32, "Sportinq"də isə 5 qol vurub.

Beləliklə o, Romario, Pele, Jozef Biçan Qerd Müller və Ferenç Puşkaşdan sonra milli və klub forması ilə 700 qol səddinə çatan 6-cı futbolçu olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/794354.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR