"Tankeri bir və ya bir neçə ölkə vurub" - Cavad Zərif

İranın xəbər agentliyi "İCANA"ya danışan İran Xarici İşlər naziri Cavad Zərif gündəmə dair fikirlər səsləndirib.

Metbuat.az xəbər verir ki, Zərif keçən həftə İrana aid "Sabiti" tankerinin Səudiyyə Ərəbistanı Ciddə limanı yaxınlarında vurulması barədə danışıb. Hücumla bağlı araşdırmaların davam etdiyini bildirən Cavad Zərif əlavə edib:

"Əldə edilən məlumatlara görə, İran tankerinə edilən hücum bir və ya bir neçə ölkə tərəfindən həyata keçirilib, ancaq araşdırmalaran sona çatmadan heç bir dövləti günahlandıra bilmərik".

Birləşmiş Ərəb Əmirlikləri Beynəlxalq Təhlükəsizlik katibi Təhnun ibn-Zeyidin Tehrana gizli şəkildə səfər etməsi iddiaları ilə bağlı isə Cavad Zərif iddianı araşdırdığını və bu xəbərin doğru xəbər olmadığını deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR