Dmitri Nazarovun komandası "Spartak"la əməkdaşlıq edəcək

Dmitri Nazarovun komandası "Spartak"la əməkdaşlıq edəcək
15:37 15 Oktyabr 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" klubu Rusiya "Spartak"ı ilə əməkdaşlıq müqaviləsi imzalamaq niyyətindədir.
"Report"un məlumatına görə, bu barədə "Bild"ə II Bundesliqada çıxış edən klubun prezidenti Helge Leonhardt açıqlama verib. O, sözləşməni yaxın vaxtlarda bağlamaq istədiklərini bildirib. Leonhardt klublar arasında yoldaşlıq görüşünün və futbolçu mübadilələrinin planlaşdırıldığını diqqətə çatdırıb.
Qeyd edək ki, "Ertsgebirge"nin qapıçılar üzrə məşqçisi Maks Urvantşki "Spartak"da eyni vəzifəyə keçib. Moskva komandasının baş məşqçi postuna isə əvvəllər Almaniya təmsilçisinə rəhbərlik etmiş Domeniko Tedesko təyin olunub. Hazırda "Ertsgebirge" 9 turdan sonra 4-cü pillədə qərarlaşıb. "Spartak"da əslən azərbaycanlı futbolçu Ayaz Quliyev də çıxış edir. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/dmitri-nazarovun-komandasi-spartak-la-emekdasliq-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR