Şəmkirdə bir dam altında tikilən kafe və mağazalar yanıb

Şəmkirdə bir dam altında tikilən kafe və mağazalar yanıb
16:08 15 Oktyabr 2019
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Şəmkir rayonunda ümumi sahəsi 2400 m² olan, bir dam altında tikilən, müxtəlif təyinatlı obyektlərin (kafe, mağazalar və s.) yanar konstruksiyaları 464 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

Tikililərin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3133619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR