"İdman TV"nin şərhçisi Türkiyədə gündəm oldu -

Türkiyə millisi ötən axşam "AVRO-2020"nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, qardaş ölkə millisi səfərdə Fransa ilə qarşılaşıb. Hamı bu oyunda meydan sahiblərinin asan qələbə qazanacağını proqnozlaşdırsa da, "ay-ulduzlular" çətin səfər oyunundan bir xalla qayıda bilib.

Hesab bərabərləşən zaman "İdman TV"də oyunun şərh edən Ramiz Mirzəzadənin qol sevinci Türkiyə mediasının da diqqətindən yayınmayıb. Fanatik.com saytı həmin epizodun videosunu "Kaan Ayhanın qolunu bir də belə izləyin! Azərbaycanlı şərhçi çıldırdı..." başlığı ilə yayımlayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR