Vilayət Eyvazov mayoru işdən çıxardı - Nöqsanlara görə

Vilayət Eyvazov mayoru işdən çıxardı - Nöqsanlara görə
16:27 15 Oktyabr 2019
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər naziri Vilayət Eyvazov mayoru işdən çıxarıb.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, vətəndaş Quliyev Bulud İnqilab oğlunun Daxili İşlər Nazirliyinə şikayətindən sonra nazir, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Bakı Şəhər Baş Polis idarəsində araşdırma aparılıb. Araşdırmadan sonra işində yol verdiyi ciddi nöqsanlara görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis Bölməsinin tədqiqatçısı, polis mayoru Əliyev Zamiq Elxan oğlu vəzifəsindən azad edilərək, sərəncama götürülüb.

Vətəndaş Bulud Quliyev şikayətinə operativ və obyektiv baxıldığı üçün Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazova və Bakı Şəhər Baş Polis idarəsinin rəisi, polis general-mayoru  Mirqafar Seyidova öz minnətdarlığını bildirib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/794520.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR