Pambıqyığan kombayn qaz xəttini zədələyib

Pambıqyığan kombayn qaz xəttini zədələyib
16:32 15 Oktyabr 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

Tərtər rayonunun Qaynaq kəndinin bir hissəsinə qazın verilişi dayandırılıb.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Belə ki, diametri 57 mm olan orta təzyiqli qaz xəttini pambıqyığan kombaynla vuraraq zədələyiblər. Hadisə zamanı kəmərdə qaz sızması baş verib.
Nəlumata görə, hazırda hadisənin fəsadlarının aradan qaldırılması üçün işlər görülür və sızmanın ləğvi məqsədi ilə müvəqqəti olaraq ərazidə qaz təminatı dayandırılıb.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/pambiqyigan-kombaynin-qaz-xettini-zedelemesi-terterin-kendinde-qaz-te

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR