Azərbaycanlı gənclər Tbilisidə Türkiyəyə dəstək aksiyası keçirirlər

Azərbaycanlı gənclər Tbilisidə Türkiyəyə dəstək aksiyası keçirirlər
16:52 15 Oktyabr 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı gənclərin Türkiyəyə dəstək məqsədi ilə Tbilisidə keçirdikləri aksiyası başa çatıb.
"Report"un yerli bürosu xəbər verir ki, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan aksiyaçıları səfirliyə çay süfrəsinə dəvət edib.
O deyib ki, azərbaycanlı gənclər bu aksiya ilə Türkiyə-Azərbaycan-Gürcüstan dostluğunu çox təsirli formada ifadə etdilər.
Diplomat aksiyanı işıqlandıran Azərbaycan media nümayəndələrinə də təşəkkürünü bildirib.

*** 16:31
Azərbaycanlı gənclər Tbilisidə Türkiyənin Gürcüstandakı səfirliyinin binası qarşısında dəstək aksiyası keçirirlər.
“Report”un yerli bürosu xəbər verir ki, bir qrup gəncin qatıldığı aksiyada Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatına dəstək ifadə olunur.
Əllərində Türkiyə, Azərbaycan və Gürcüstanın bayraqları olan aksiya iştirakçıları “Bir millət - iki dövlət”, "Türk türkə dayaqdır!", "Türk əsgəri, daima səninləyik!" və digər şüarlar səsləndirirlər.
Gənclər türk əsgər salamı verərək Türkiyə hərbçilərinə dəstək olduqlarını bildiriblər.
Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan aksiya iştirakçıları ilə görüşərək dəstəyə görə onlara minnətdarlığını bildirib. O dəstəkdən qürurlandığını deyib.
Diplomat Türkiyə, Azərbaycan və Gürcüstanın hər zaman bir yerdə olduğunu söyləyib.








Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/azerbaycanli-gencler-tbiliside-turkiyeye-destek-aksiyasi-kecirirler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR