Anar Nağılbazın məzarını qucaqlayan anası: “İyini balalarından alıram” - VİDEO - FOTO

Anar Nağılbazın məzarını qucaqlayan anası: “İyini balalarından alıram” - VİDEO - FOTO
18:12 15 Oktyabr 2019
263 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Elgizlə İzlə" verilişində mərhum reper Anar Nağılbazın anası ilə bağlı süjet yayımlanıb.

Milli.Az xəbər verir ki, reperin məzarını ziyarət edən anası, Şərqiyyə Cəbiyeva oğlunun itkisi ilə barışa bilmir:

"Anar bir övlad kimi məni heç vaxt incitməyib. Ailəsinin dağılmağını istəmirdi. Çox fikir edirdi. Əsəb, stress keçirirdi. Otağına girib ağlayırdı. Eşidirdim. Heç yadımdan çıxmır. Mənə dedi ki, ana, bu gündən məni yaddan çıxar. Anar olmayacaq. Getdi. Üzərindən 15-20 dəqiqə keçməmişdi geri qayıdıb o sözü bir dəfə də təkrarladı. 2 saatdan sonra yıxıldı. Xəstəxanaya aparanda yolda keçindi. Hələ də inana bilmirəm ki, Anar rəhmətə gedib. İndiyədək ağlayıram, dözə bilmirəm. Anarın iyini balalarından alıram. Tətillərdə gətirirəm, yanımda qalırlar".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/794573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR